Xəzər Xəbər

Böyük Britaniya Ukrayna ilə rüsumsuz ticarəti daha 5 il uzadır

Dünya | 13:51 • 8 Fevral 2024
Böyük Britaniya Ukrayna ilə rüsumsuz ticarəti daha 5 il uzadır

Böyük Britaniyanın Nazirlər Kabineti Ukrayna ilə rüsumsuz ticarət sazişini daha 2029-cu ilədək 5 il müddətinə uzatmaq haqqında qərar qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin bəyanatında deyilir.

Böyük Britaniya ilə Ukrayna arasında yumurta və toyuq əti istisna olmaqla, əksər mallar üzrə ticarət azı 2029-cu ilədək rüsumsuz olacaq. Bu qərar Ukraynanın münaqişədən sonrakı iqtisadi bərpasını dəstəkləməyə və eyni zamanda, yerli biznesin inkişafına yönəlib.

“Ölkələr arasında elektron ticarət əlaqələrini dəstəkləmək məqsədi daşıyan rəqəmsal ticarət sazişi ilə yanaşı, rüsumsuz ticarətin genişləndirilməsi Ukraynada əsas sektorlarda biznesin imkanlarını genişləndirəcək”, - deyə bəyanatda bildirilir.

Müvafiq saziş bu gün axşam saatlarında Böyük Britaniyanın biznes, energetika və ekoloji inkişaf naziri Qreq Hands və Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenko tərəfindən online rejimdə imzalanacaq.

Qeyd edək ki, Böyük Britaniya ilə Ukrayna arasında rüsumsuz ticarət sazişi 2022-ci ilin mayında imzalanıb, daha sonra 2024-cü ilin mart ayınadək uzadılıb.

Xəbər lenti

Çox oxunanlar