Xəzər Xəbər

Bu ölkədə evtanaziya qanuniləşdirilir

Dünya | 13:25 • 8 Fevral 2024
Bu ölkədə evtanaziya qanuniləşdirilir

Ekvadorun Konstitusiya Məhkəməsi ölkədə evtanaziyanın (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmək-red) qanuniləşdirilməsinə səs verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın iddiasına baxıldıqdan sonra verilib. Bu müddət ərzində Roldan süni tənəffüs aparatına qoşulub.

“Hər bir insan ağır yara və ya sağalmaz xəstəlik nəticəsində yaranan iztirablara son qoymaq imkanı da daxil olmaqla azad qərar verə bilər”, - məlumatda qeyd edilib.

Ölkənin Səhiyyə Nazirliyinə iki ay ərzində evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Qeyd edək ki, Ekvadorda indiyədək bu proseduru həyata keçirən həkimləri 10 ildən 13 ilədək həbs cəzası gözləyirdi.

Xəbər lenti

Çox oxunanlar