Xəzər Xəbər

Ukrayna Təhlükəsizlik Xidməti FSB agent şəbəkəsinin ifşa olunduğunu açıqladı

Dünya | 18:34 • 6 Fevral 2024
Ukrayna Təhlükəsizlik Xidməti FSB agent şəbəkəsinin ifşa olunduğunu

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agent şəbəkəsinin ifşa olunduğunu açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, saxlanılan 5 rus agenti arasında müdafiə fabriki mühəndisi və şəhər şurası məmurunun da olduğu məlum olub.

Bildirilib ki, əməliyyat nəticəsində Odessa, Zaporojya və Donetsk vilayətlərində fəaliyyət göstərən 5 rus agenti eyni vaxtda saxlanılıb. Şübhəlilər Ukrayna Silahlı Qüvvələrinin ən çox cəmləşmiş şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi cəbhə bölgələrində kəşfiyyat aparırdılar. Onlar həmçinin Müdafiə Qüvvələrinin sursat, yanacaq və neft anbarlarının yerini tapmağa cəhd ediblər. Digər tərəfdən, onları Ukrayna ordusunun ağır silahlarının təmir olunduğu sənaye obyektlərinin coğrafi mövqeyi və fəaliyyəti də maraqlandırıb.

Xəbər lenti