Türkiyənin İstanbul şəhərinin Çağlayan ərazisində yerləşən məhkəmə binası qarşısında atışma olub.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, atışma nəticəsində 2 nəfər həyatını itirib, 3-ü polis əməkdaşı olmaqla, 6 nəfər isə yaralanıb.
Hadisənin kimlər tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinə məlumat daxil olduqdan dərhal sonra əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib.
Daxili işlər naziri Əli Yerlikaya hadisəni törədən 2 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.