Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın Lvov vilayətinin Zoloçiv şəhərinə "S-300" raketləri ilə hücum edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki aylıq körpə ölüb. Üç qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həmçinin, yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti, iki inzibati bina və azı 5 mülki avtomobilə ziyan dəyib.