Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.
Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.
Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.
11:18
Qazaxıstanın hakim “Amanat” partiyası hökumətin başçısı vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürüb.
Xezerxeber.az yerli “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin aparatı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Qazaxıstan Parlament Məclisinin sədri, “Amanat” partiyasının rəhbəri Erlan Koşanov dövlət başçısına yeni namizədlə bağlı rəsmi müraciət edib. Mövcud qanunvericiliyə görə, Kasım-Jomart Tokayev onun təklifini bu gün parlamentin plenar iclasında fraksiyaların sədrləri ilə müzakirə edəcək.
Baş nazir postuna yeni namizədin 43 yaşı var. O, hazırda Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini tutur.