Xəzər Xəbər

Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub

Dünya | 22:43 • 5 Fevral 2024
Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub

Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub və həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Məlumata görə, kral artıq müalicə kursuna başlayıb. Krala yeni diaqnoz onun prostat vəzinin müalicəsi zamanı qoyulub.

Qeyd edək ki, yanvarın 26-da Böyük Britaniyanın 75 yaşlı Kralı prostat vəzinin müalicəsi üçün London xəstəxanasına aparılıb.

Xəbər lenti

Çox oxunanlar