Xəzər Xəbər

Gürcüstan parlamenti yeni hökumətə etimad proseduruna başlayıb

Dünya | 18:55 • 5 Fevral 2024
Gürcüstan parlamenti yeni hökumətə etimad proseduruna başlayıb

Gürcüstan parlamentində yeni hökumətə etimad göstərilməsi prosedurlarına başlanılıb.

Xezerxeber.az xəbər verir ki, parlamentin dörd komitəsinin birgə iclasında səhiyyə, daxili işlər, təhsil və elm nazirlərinin vəzifələrini icra edən namizədlər dinlənilib. Onlar öz sahələrində həyata keçirilən islahatlar, hazırlanan proqram layihələri barədə çıxış ediblər.

Müzakirələr zamanı müxalifətdən olan bir sıra deputatların qıcıq yaradan sualları etirazlara səbəb olub. Bəzi müxalifət deputatları zaldan çıxarılıb.

Qeyd edək ki, yeni hökumət üzvləri və hökumətin dörd illik fəaliyyət planı parlamentin komitələrində, fraksiya və siyasi qruplarında müzakirə edildikdən sonra plenar sessiyaya çıxarılacaq. Hakim “Gürcü Arzusu” partiyasının Baş nazir postuna namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı günü deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar