Üçüncü dünya müharibəsi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin səlahiyyət müddəti bitmədən başlaya bilər.
Xezerxeber.az xəbər verir ki, Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib.
“Doqquz ay (ABŞ-də prezident seçkilərinə qədər olan vaxt) uzun müddətdir. Heç kim vəzifəsinin öhdəsindən gəlmədiyi üçün bu müddət ərzində üçüncü dünya müharibəsini başlamaq üçün bütün şanslarımız var”, - deyən Donald Tramp çox güman ki, ABŞ-nin hazırkı liderini nəzərdə tutub.
Sabiq prezident bundan öncə də dünyanın üçüncü dünya müharibəsinin astanasında olduğunu dəfələrlə bəyan edib. O, həmçinin Cozef Baydenin öz siyasəti ilə dünyanı cəhənnəmə çevirdiyini və Birləşmiş Ştatları qan gölünə sürüklədiyini deyib.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub. Ötən il aprelin 25-də Cozef Bayden yenidən dövlət başçısı seçilmək üçün çalışacağını deyib, Donald Tramp isə noyabr ayında prezident postu uğrunda mübarizəyə başladığını elan edib. O, hazırda Respublikaçılar partiyasından prezidentliyə ən real namizəd hesab olunur.