Xəzər Xəbər

ABŞ Yaxın Şərqə zərbələr endirmək niyyətindədir AÇIQLAMA

Dünya | 18:11 • 4 Fevral 2024
ABŞ Yaxın Şərqə zərbələr endirmək niyyətindədir

ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalında bildirib.

“Biz əlavə zərbələr endirəcəyik və əlavə tədbirlər görəcəyik”, - o, deyib.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.

Xəbər lenti