BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin İraq və Suriyaya endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən narahatlığını ifadə edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, Quterreş bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə və onsuz da qeyri-sabit regionda münaqişənin genişlənəcəyi təqdirdə potensial insan və iqtisadi itkiləri nəzərə almağa çağırıb.