Yunanıstan polisi bildirib ki, şənbə günü səhər saatlarında Afinanın mərkəzində Əmək Nazirliyinin qarşısında partlayış baş verib.
Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yunanıstan qəzetinə zəng edən naməlum şəxs nazirliyə bomba qoyulduğunu və partlayışdan əvvəl polisə məlumat verdiyini bildirib.
Adının açıqlanmasını istəməyən polis rəsmisi bildirib ki, zəng edən şəxs hücumun arxasında naməlum partizan qrupu olduğunu söyləyib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hökumət sözçüsü Pavlos Marinakis hücumun çox ciddi bir cinayət hadisəsi olduğunu və bundan narahatlığını bildirib.