Xəzər Xəbər

Fransalı siyasətçi Makronu dövlətə xəyanətdə təqsirləndirib

Dünya | 14:10 • 3 Fevral 2024
Fransalı siyasətçi Makronu dövlətə xəyanətdə təqsirləndirib

Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqına ölkənin nüvə silahlarına çıxış imkanı verməklə bağlı bəyanatı dövlətə xəyanətdir.

Xezerxeber.az xəbər verir ki, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bu barədə özünün sosial media hesabında yazıb.

Emmanuel Makronun İsveçə səfəri zamanı Fransanın nüvə silahı potensialını Avropa İttifaqının sərəncamına vermək öhdəliyi barədə bəyanatını xatırladan Florian Filippo bunu yolverilməz adlandırıb.

“Bu, dövlətə xəyanətdir və Fransa doktrinasını əsaslı şəkildə pozur. Nüvə silahları bizim milli suverenliyimizlə qırılmaz surətdə bağlıdır”, - deyə siyasətçi vurğulayıb.

2018-ci ilin fevralında eyniadlı assosiasiyanın əsasında yaradılan “Vətənpərvərlər” partiyası ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarıdır.

Xəbər lenti