Xəzər Xəbər

İlon Mask Co Baydeni ittiham etdi

Dünya | 13:53 • 3 Fevral 2024
İlon Mask Co Baydeni ittiham etdi

ABŞ Prezidenti Cozef Bayden qarşıdakı prezident seçkilərində dəstəyinin artacağına ümid edərək qanunsuz miqrasiyaya göz yumur.

Xezerxeber.az xəbər verir ki, amerikalı biznesmen İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.

“Baydenin strategiyası çox sadədir. Ölkəyə mümkün qədər çox qanunsuz mühacir buraxaraq, daimi çoxluq – birpartiyalı dövlət qurmaq üçün onları leqallaşdırmaq. Bu səbəbdən o, qanunsuz miqrasiyaya göz yumur. Az sayda deportasiya da bununla izah olunur. Hər deportasiya itirilmiş səsdir”, - deyə İlon Mask vurğulayıb.

Birləşmiş Ştatların hazırkı administrasiyasının miqrasiya siyasətini tənqid edən biznesmenin fikrincə, ölkənin cənub sərhədini qorumaq üçün prezident yetərincə iş görmür. İlon Mask Texas qubernatorunun ştatın Meksika ilə sərhədində təhlükəsizliyi təmin etmək ideyasını da dəstəkləyib.

Bir müddət öncə Texas qubernatoru Qreq Ebbot dövlət sərhədlərinin qanunsuz mühacirlərdən qorunması məsələsində federal hakimiyyətlərlə münaqişəyə hazır olduğunu bildirib. ABŞ-nin sabiq prezidenti Donald Tramp, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli və 25 ştatın respublikaçı qubernatorları Ebbotu dəstəklədiklərini bəyan ediblər. Florida qubernatoru Ron Desantis və Oklahoma qubernatoru Kevin Stitt isə bunun üçün Texasa dəstək qüvvələri göndərməyə hazır olduqlarını deyiblər.

Xəbər lenti