Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yer kürəsinə qaytarılması təxirə salınıb.
Xezerxeber.az-ın “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Alper Gezeravcının da yer aldığı Dragon Kosmik gəmisinin Yer kürəsinə qaytarılması Florida sahilindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb.
Xatırladaq ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib.