Çelyabinsk traktor zavodu (ÇTZ – “Uraltrak”, “Uralvaqonzavod” konserninə daxildir) yeni istehsal sahəsi yaradıb ki, bu da tank mühərriklərinin buraxılışını artırmaq imkanı verəcək.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, konsern bu barədə teleqram kanalında məlumat yayıb.
“Bizim Çelyabinsk traktor zavodunda ionların azotlanması üzrə yeni istehsal sahəsi işə salınıb. Bu, seriyalı buraxılan sürətləndirilmiş dizel mühərriklərini dəfələrlə artırmaq üçün lazımdır”, - deyə məlumatda bildirilir.
Zavodun konstruktorları daha güclü “V-92S2” mühərriklərinin istehsalını uğurla yerinə yetiriblər.
“Uralvaqonzavod” konserninin baş direktoru Aleksandr Potapov vurğulayıb ki, ÇTZ-nin yeni sahəsi mühərrikin əsas elementlərinin fiziki-kimyəvi xassələrinin gücləndirilməsi üzərində işləyəcək.
1130 at gücündə olan “V-92S2” gücləndirilmiş dizel mühərriki təkmilləşdirilmiş “T” və “Т-72B3” tanklarına quraşdırılacaq.