Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxaraq aşıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. Qatar relslərinin üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialı relslərin üzərinə axıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.