İrəvan meriyasının “Ana Ermənistan” fraksiyası ölkə hakimiyyətini siyasi təqibdə ittiham edib.
Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu blokun lideri Andranik Tevanyan jurnalistlərə bildirib.
O deyib ki, ilk insident onların fraksiyasının nümayəndəsi Narine Ayrapetyanın başına gəlib və nəticədə o, ölkəni tərk etmək məcburiyyətində qalıb. Daha sonra digər deputat Arşak Sarkisyan təqib olunub.
"O, bir neçə gün nəzarətdə olub. Polislə əlaqə saxladıqdan sonra hüquq-mühafizə orqanları maşını tapıb və sürücünü həbs ediblər", - Tevanyan bildirib.
Hazırda "Ana Ermənistan"ın 4 nümayəndəsinin birdən-birə mandatdan məhrum edilməsi məsələsi var.