Keniyanın paytaxtı Nayrobidə qazla dolu yük maşınının partlaması nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.
“Al Jazeera” telekanalı xəbər yayıb ki, yanğın cümə axşamı Embakasi məhəlləsində baş verib.
Hökumət sözçüsü İsaak Mayqua Mvaura bildirib ki, yanğın yayılana qədər ətraf ərazilərdə xeyli sayda sakin olub. Hadisənin baş verdiyi ərazinin ətrafında olan çox sayda avtomobillər, yaşayış evləri, iş yerləri yanğın alovuna bürünüb.
“Partlayış gecə saatlarında olduğu üçün xeyli sayda sakin hələ də ərazidədir. 222 nəfər paytaxtdakı müxtəlif xəstəxanalara çatdırılıb”, - deyə o bildirib.
Hazırda yanğının qarşısı alınsa da, yanğınsöndürənlər, xilasetmə qrupları və polis ərazidə dağıntılar altında qalan insanların axtarışını davam etdirir.
Partlayışın səbəbi məlum deyil.
08:58
Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış və sonrakı yanğın nəticəsində azı iki nəfər həlak olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin “Standard” qəzeti yerli orqanlara istinadən məlumat yayıb.
Qəzetə görə, fevralın 1-dən 2-nə keçən gecə baş verib. Partlayış yaxınlıqdakı evlərə sıçrayan yanğına səbəb olub.