Xəzər Xəbər

Türkiyəyə “F-16” qırıcılarının tədarükü ilə bağlı proses davam edir

Dünya | 16:56 • 1 Fevral 2024
Türkiyəyə “F-16” qırıcılarının tədarükü ilə bağlı proses davam edir

“F-16” qırıcı təyyarələrinin ABŞ-dən Türkiyəyə tədarükü ilə bağlı təsdiq prosesi yanvarın 26-da başlayıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyənin Hərbi Hava Qüvvələri Komandanlığı ehtiyaca uyğun olaraq, 40 ədəd yeni “F-16 təyyarəsinin tədarükü, mövcud 79 ədəd “F-16”nın modernləşdirilməsi, eləcə də təyyarələrə aid hissə və avadanlıqları əhatə edən tələbə əsasən, ABŞ Konqresində təsdiq prosesi yanvarın 26-da başlayıb. Təklif və təsdiq məktubları Türkiyəyə çatdıqda iş başlayacaq və layihələrin dəyəri dəqiq açıqlanacaq.

ABŞ-nin “F-35”lərlə bağlı verdiyi son açıqlamalarına toxunulan məlumatda indiki mərhələdə hər iki tərəfin mövqeyində heç bir dəyişiklik olmadığı, bu bəyanatların indiki mərhələdə xoş niyyət kimi qiymətləndirildiyi qeyd edilib.

“Eurofighter”lərələ bağlı bildirilib ki, Türkiyənin bu tələbi davam edir və Almaniyanın məsələyə müsbət münasibəti gözlənilir.

Xəbər lenti

Çox oxunanlar