Son bir il ərzində Ermənistanda Rusiya Federasiyası vətəndaşları tərəfindən 900-ə yaxın şirkət açılıb.
Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan yalnız 5-i fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Ukraynadakı müharibənin başlamasından sonra Rusiyanı tərk edənlərin bir qismi Ermənistana miqrasiya edib.