Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniyaya, Bolqarıstana və Rumıniyaya rəsmi səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə mövcud regional və qlobal hadisələr, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq.
Nazir Fidanın türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi bildirilir.