Xəzər Xəbər

Rusiyada ağır yol qəzası: 5 nəfər ölüb, 8 yaralı var

Dünya | 12:11 • 28 Yanvar 2024
Rusiyada ağır yol qəzası: 5 nəfər ölüb, 8 yaralı var

Yanvarın 28-də saat 03:02-də Rusiyanın Kuban şəhərində Moskva-Nalçik marşrutu ilə hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin məlumatında bildirilib.

“Pavlovski rayonunda baş vermiş qəza nəticəsində avtobusun 8 sərnişini xəsarət alıb. Onlardan ikisi azyaşlıdır”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti