Xəzər Xəbər

"Belqorod vilayəti üzərində Ukrayna raketi vurulub"

Dünya | 08:55 • 28 Yanvar 2024
"Belqorod vilayəti üzərində Ukrayna raketi vurulub"

Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya ərazisinə növbəti hücum cəhdinin qarşısını alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri bu dəfə Belqorod vilayəti üzərində səmada “Uraqan” raketini məhv edib: “Kiyev rejiminin “Uraqan” reaktiv yaylım atəş sistemi ilə Rusiya Federasiyası ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb. Raket Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

Xəbər lenti

Çox oxunanlar