Xəzər Xəbər

Ərdoğan İsveçin NATO-ya üzvlüyündən danışdı

Dünya | 16:56 • 26 Yanvar 2024
Ərdoğan İsveçin NATO-ya üzvlüyündən danışdı

İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisindən keçərək mənim imzamla qüvvəyə mindi. ABŞ-nin də aidiyyəti qurumlarına bununla bağlı göstəriş verilib. Hazırda oradan çıxacaq qərar gözlənilir. Ən qısa zamanda oradan gələcək nəticələr bizə "F-16"ların Türkiyəyə göndərilməsi, eləcə də bütün təmir, texniki xidmət və əlaqədar proseslərə başlamağa imkan verəcək. Biz bunu gözləyirik.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında səsləndirib.

Qeyd edilən prosesi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinkenin yaxından izlədiklərini qeyd edən Ərdoğan bildirib ki, bu addım istər Kanada, istər İsveç, istərsə də bütün Qərb ölkələri üçün Türkiyənin mövqeyini göstərməsi baxımından olduqca vacibdir.

Bunun, eyni zamanda, NATO üçün də ayrı bir güc mənbəyi olduğunu deyən Türkiyə Prezidenti ölkəsinin eyni əzmlə yola davam etdiyini vurğulayıb.

Xəbər lenti