Dünyanın hansı yerində dövlət çevrilişi, silahlı münaqişə, qeyri-sabit vəziyyət və silahlı inqilab varsa, bunların hamısının arxasından ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi çıxır.
Bu sözləri Venesuelanın vitse-prezidenti Delsi Rodriqes "X" sosial şəbəkə hesabındakı paylaşımında yazıb. O bildirib: “Çilinin Prezidenti Salvador Alyendanın qətlə yetirilməsindən 2 il sonra məlum oldu ki, sosialist Prezidenti ABŞ-ın xüsusi xidmət orqanları öldürüb. Çilidə dövlət çevrilişinin ABŞ tərəfindən həyata keçirildiyini sübuta yetirən çox sayda dəlil var. Mərkəzi Kəşfiyyat İdarəsi dəfələrlə Venesuela Prezidenti Nikolas Maduronun həyatına sui-qəsd hazırlayıb və həyata keçirməyə cəhd göstərib.
Venesuelanın xüsusi xidmət orqanları ölkədə sui-qəsdlər törədərək sabitliyi pozmağa cəhd edən 32 nəfəri həbs edib. Bununla yanaşı, orduda xidmət edən 18 zabit Mərkəzi Kəşfiyyat İdarəsi ilə gizli əməkdaşlıq etdiyinə görə məsuliyyətə cəlb olunub. (AZƏRTAC)