Xəzər Xəbər

Putin Kalininqrada səfər edib

Dünya | 15:46 • 25 Yanvar 2024
Putin Kalininqrada səfər edib

Rusiya Prezidenti Vladimir Putin Kalininqrada səfər edib.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Kalininqrada səfəri NATO-ya mesaj deyil, bu, Prezidentin işidir.

Peskov əlavə edib ki, Rusiya Federasiyası Prezidentinin Kalininqrada uçarkən təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilib. O, Putinin Kalininqrada uçuşu üçün Litva ərazisi üzərindən birbaşa dəhliz tələb olunmadığını da söyləyib.

Xəbər lenti

Çox oxunanlar