Xəzər Xəbər

Fransada fermerlərin etirazı bütün ölkəni bürüyüb

Dünya | 16:00 • 25 Yanvar 2024
Fransada fermerlərin etirazı bütün ölkəni bürüyüb

Fransada fermerlərin qəzəbi getdikcə daha da sərtləşir və həmkarlar ittifaqları hökumətə yüz tələblə müraciət ediblər.

Xezerxeber.az xəbər verir ki, fermerlərin etiraz aksiyaları bütün Fransanı bürüyüb.

Onlar ölkənin əsas aparıcı avtomobil yollarını blokadaya alıblar. Dövlət binalarının qarşısına peyin və zibil tökülüb. Fermerlərin həmkarlar ittifaqı (FNSEA) böhrandan çıxmaq üçün hökumətə yüzə yaxın tələbin siyahısını göndərib. Bu sorğular 24 bənddə qruplaşdırılıb. İki kənd təsərrüfatı ittifaqı xüsusilə “təcili” yardıma və ekoloji məhdudiyyətlərin azaldılmasına çağırış edib. Onlar həmçinin əmək haqqı ilə bağlı dərhal cavab tədbirləri tələb edirlər.

Həmkarlar ittifaqları, eyni zamanda, ödənilməməsinin səbəblərindən asılı olmayaraq bütün CAP (ümumi Avropa kənd təsərrüfatı siyasəti) yardımının dərhal ödənilməsi tələbini irəli sürür, Aİ-dən əvvəlki Fransa qaydalarına qayıtmağı istəyirlər.

Xəbər lenti

Çox oxunanlar