Xəzər Xəbər

Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Dünya | 13:00 • 25 Yanvar 2024
Ermənistan hökuməti Aİ müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib

Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin təsdiqindən sonra Konstitusiya Məhkəməsinə göndəriləcək. Burada baxıldıqdan sonra isə tam ratifikasiya üçün parlamentə göndəriləcək. 

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin 20 noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.

Xəbər lenti

Çox oxunanlar