Xəzər Xəbər

Bayden Konqresi Türkiyəyə "F-16" satışını təsdiqləməyə çağırıb

Dünya | 13:38 • 25 Yanvar 2024
Bayden Konqresi Türkiyəyə "F-16" satışını təsdiqləməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrinin rəhbərlərinə ünvanladığı məktubda Türkiyəyə "F-16" təyyarələrinin satışını təsdiqləməyə çağırıb.

Xezerxeber.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünə razılıq verməsi Vaşinqtonun Ankaraya döyüş təyyarələri satması üçün ilkin şərt idi.

Xatırladaq ki, Türkiyə parlamentinin 287 deputatı sənədin lehinə, 55-i isə əleyhinə səs verib. Bundan sonra sənəd imzalanması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərilib.

Türkiyədə ratifikasiya prosesi başa çatdıqdan sonra Macarıstan İsveçin üzvlüyünü təsdiq etməyən yeganə alyans üzvü olacaq. Bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı parlamenti İsveçin alyansa üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə çağıracağını deyib.

Xəbər lenti

Çox oxunanlar