Xəzər Xəbər

Britaniya XİN Qəzzada davamlı atəşkəsə dair planını açıqlayıb

Dünya | 12:17 • 25 Yanvar 2024
Britaniya XİN Qəzzada davamlı atəşkəsə dair planını açıqlayıb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin Prezidenti Mahmud Abbasla görüşündə Qəzza sektorundakı vəziyyətə baxışını ortaya qoyub və eksklavda uzunmüddətli atəşkəsə nail olmaq planından danışıb.

Xezerxeber.az xəbər verir ki, Böyük Britaniya diplomatiyasının rəhbəri bu barədə özünün sosial media hesabında yazıb.

“İordan çayının qərb sahilində və Qəzza sektorundakı vəziyyəti müzakirə etmək üçün Fələstin Prezidenti Mahmud Abbasla görüşdüm. Humanitar yardım və girovların azad edilməsi üzrə fasilədən uzunmüddətli siyasi həllə, o cümlədən Fələstin dövlətinin qurulmasına gətirib çıxaracaq davamlı atəşkəs planımızı açıqladım”, - deyə Devid Kemeron bildirib.

Böyük Britaniya XİN-i Devid Kemeronun yanvarın 25-də Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdüyü barədə məlumat yayıb. O, görüş zamanı Fələstin dövləti qurulmadan Yaxın Şərqdə davamlı sülhün mümkün olmadığını yəhudi dövlətinin hökumət başçısına çatdırıb.

Qeyd edək ki, Binyamin Netanyahu yanvarın 18-də çıxışı zamanı HƏMAS hərəkatı üzərində “həlledici qələbə” əldə olunana qədər Qəzza sektorunda əməliyyatı davam etdirəcəyini bildirib.

Xəbər lenti