Xəzər Xəbər

Rusiya ərazisində vurulan hərbi təyyarənin "qara qutu"ları tapılıb

Dünya | 11:57 • 25 Yanvar 2024
Rusiya ərazisində vurulan hərbi təyyarənin "qara qutu"ları tapılıb

Rusiyanın Belqorod vilayətində vurulan "İl-76" hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, hər iki "qara qutu"nun texniki vəziyyəti yaxşıdır.

"Hər iki qara qutu - uçuş parametrlərini qeyd edən cihaz və səs yazıcısı aşkar edilib. Tapılan "qara qutu"lar müstəntiqlərə təhvil verilib", - deyə FHN-dən bildirilib.

Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus "İl-76" hərbi nəqliyyat təyyarəsi Ukraynanın Xarkov vilayətindən atılan raketlə vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.

Xəbər lenti