Xəzər Xəbər

Ukrayna Silahlı Qüvvələri qəzaya uğrayan hərbi təyyarə ilə bağlı bəyanat yaydı

Dünya | 19:41 • 24 Yanvar 2024
Ukrayna Silahlı Qüvvələri qəzaya uğrayan hərbi təyyarə ilə bağlı bəyanat yaydı

Ukrayna Silahlı Qüvvələri Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

Xezerxeber.az xəbər verir ki, bu bəyanatla Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək.

Xüsusilə, raket buraxılış məntəqələri və Rusiyanın təchizat logistikası ətraflı şəkildə izləniləcək. Söhbət xüsusilə hərbi nəqliyyat təyyarələrinin istifadəsindən gedir.

“Qeyd olunmuş atəş intensivliyi son vaxtlar Belqorod aerodromuna uçan hərbi-nəqliyyat təyyarələrinin sayının artması ilə birbaşa bağlıdır”, - deyə məlumatda bildirilir.

Bunu nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələri terror təhlükəsinin aradan qaldırılması üçün, o cümlədən Belqorod-Xarkov istiqamətində çatdırılma maşınlarının məhv edilməsi və hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

Bundan əlavə, təkcə son həftə ərzində Belqoroddan Xarkova və regiona 19 raket zərbəsi endirilib.

Xatırladaq ki, Rusiya Belqorod vilayətinin Koroçanski rayonunda “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.

Xəbər lenti