Yanvarın 24-ü Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş tutmalı idi, lakin bu hələ baş vermir.
Xezerxeber.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov deyib.
“Qeyd edə bilərəm ki, bu gün üçün nəzərdə tutulan mübadilə hələ baş tutmur”.
Qeyd edək ki, bu gün Rusiyanın Belqorod vilayətində "İl-76" nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəzada 65 ukraynalı əsir və 9 heyət üzvü həlak olub. Rusiya hərbçilərin bu gün baş tutmalı olan əsir mübadiləsi çərçivəsində Ukraynaya təhvil verməyi planlaşdırdıqlarını açıqlamışdı.