Donald Trampın ABŞ prezidenti postuna mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə hər hansı təsir göstərsin.
Xezerxeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın CBS telekanalına müsahibəsində “Tramp yenidən prezident olacağı təqdirdə ABŞ siyasətini dəyişə bilərmi” sualına cavab verərkən deyib.
“Heç nəyin dəyişəcəyinə inanmıram, çünki hələ keçmiş prezident Corc Buş Rusiya-Amerika münasibətlərinin, o cümlədən strateji təhlükəsizlik, bərabərlik, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq haqqında bütün sazişlərin iflasa uğramasının əsasını qoyaraq, bu münasibətləri məhv edib”, - deyə nazir bildirib.