“Berlin Rusiya ilə hərbi münaqişənin təhlükəsini başa düşməlidir, ona görə də Almaniya silahlanmalıdır”.
Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalının efirində bildirib.
Pistorius əlavə edib ki, bu məqsədlə Baltikyanı ölkələrdə alman briqadası olmalıdır.
Onun sözlərinə görə, həmin briqada 2027-ci ilə qədər “tam döyüşə hazır” vəziyyətinə gətirilməlidir.
"Hərbi ekspertlər deyirlər ki, Rusiyanın döyüş əməliyyatlarına başlaması bir neçə il vaxt aparacaq. Heç kim dəqiq heç nə bilmir. Biz vaxtdan fəal şəkildə özümüzü silahlandırmaq üçün istifadə etməliyik”, - nazir bildirib.