Ukrayna Polşa ilə əməkdaşlığı yüksək qiymətləndirir.
Xezerxeber.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində Kiyevdə Polşanın Baş naziri Donald Tuskla görüşü barədə yazıb.
V.Zelenskinin sözlərinə görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub.
“Biz Polşanın sarsılmaz dəstəyini və yeni hərbi yardım paketini, eləcə də Ukraynaya ehtiyacları üçün daha genişmiqyaslı silah alışına yönəlmiş əməkdaşlığın yeni formasını - Ukrayna üçün Polşa kreditini yüksək qiymətləndiririk. Gələcəkdə birgə silah istehsalının mümkünlüyü də bu gün Baş nazirlə müzakirə olunub. Ukraynanı dəstəklədiyiniz üçün təşəkkür edirik”, - deyə Zelenski qeyd edib.