Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı kosmosdan ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.
Xezerxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, R.T.Ərdoğan A.Gezeravcıya uğurlar arzulayıb.
Kosmonavt isə öz növbəsində mövcud vəziyyət və həyata keçirilən təcrübələr barədə dövlət başçısını məlumatlandırıb.
Ərdoğan bildirib ki, bu hadisə ölkədəki yeniyetmə və gənclər üçün də yeni stimul mənbəyi olub: “Bundan sonra, ola bilsin, onlarca övladımız bu sahəyə meyillənəcək. Artıq Türkiyə kosmosda fəaliyyət göstərən ölkələrdən biri oldu. Bu istiqamətdə işlərimiz davam edəcək. Bu səyahətlə Türkiyə kosmosda fəaliyyətində yeni mərhələnin əsasını qoyub”.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.