Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə deyib.
"Biz Azərbaycandan, Azərbaycan isə bizdən əlavə qarşılıqlı təminat istəyir ki, bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir", - o qeyd edib.