Türkiyə regionda sülhün təmin olunması üçün çalışır.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yalovada keçirilən “Mavi Vətənə Güc: Yeni Dəniz Platformalarının təslim edilməsi mərasimi”ndə çıxışı zamanı deyib.
O bildirib ki, rəsmi Ankara bunun üçün bütün səylərini ortaya qoyur.
R. T. Ərdoğan söyləyib ki, vaxtı ilə Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçiliyini qınayanlar bu gün peşmanlıq çəkirlər.
Türkiyə liderinin sözlərinə görə, demokratiyadan, insan haqlarından danışanlar dünyada baş verən zülmlərə göz yumur: “Dünyada təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyan beynəlxalq qurumlar sinifdə qalıb”.