Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda hələlik məlum olmayan səbəbdən polis ailə üzvlərinə silahla atəş açıb.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis həyat yoldaşı, qızı və anasına silahla xəsarət yetirib.
Tibb işçiləri tərəfindən aparılan müayinədən sonra polisin özünün və qızı ilə həyat yoldaşının öldüyü məlum olub.
Anasının müalicəsi isə reanimasiyada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.