Xəzər Xəbər

Braziliyanın sabiq prezidentinin COVID-19 peyvənd seritifikatının saxta olduğu aşkarlanıb

Dünya | 13:55 • 19 Yanvar 2024
Braziliyanın sabiq prezidentinin COVID-19 peyvənd seritifikatının saxta olduğu aşkarlanıb

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun COVID19 peyvənd seritifikatının saxta olduğu aşkar olunub.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu ölkənin baş nəzarət ofisi onun COVID-19 peyvənd sertifikatındakı məlumatların saxtalaşdırılması ilə bağlı apardığı araşdırmanın nəticəsini elan edərkən bildirib. 

Sertifikatda qeyd olunur ki, COVID-19 skeptiki keçmiş prezident Bolsonaro 2021-ci ilin iyulunda San Paulodakı ictimai səhiyyə mərkəzində peyvəndin bir dozasını qəbul edib.
İstintaqın nəticəsinə görə isə keçmiş prezident bir gün əvvəl artıq şəhəri tərk etmişdi və üç gün sonra Braziliyadan gedib. Eyni zamanda sertifikatda Bolsonaroya peyvənd vuran tibb bacısın adı qeyd olunub, ancaq istintaq zamanı həmin tibb bacısı bunu inkar edib və bildirib ki, o, artıq həmin vaxt tibb mərkəzində işləmirdi.
Bolsonaronun vurdurduğu iddia oluna digər iki doza vaksinlə bağlı məlumatlar isə məsələ ilə bağlı araşdırmalar başlamazdan əvvəl məlumat bazasından silinib. İstintaq komitəsi bunların da saxta olduğunu bildirib.
Xatırladaq ki, keçən ilin may ayında Bolsonaronun Braziliyadakı evində vaksin araşdırması çərçivəsində federal polis araşdırma aparıb. Onun bəzi köməkçiləri həbs edilib, mobil telefonu əlindən alınıb.
Bolsonaro bildirib ki, peyvənd sertifikatına yalan məlumatların daxil edilməsi barədə məlumatı olmayıb və bunu sifariş verməyib.

Qeyd edək ki, Brazilyanın sabiq prezidenti peyvəndlərin effektivliyini inkar edib və peyvəndin QİÇS-ə yoluxmaya səbəb olacağını iddia edib.

Xəbər lenti