Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik və sülhlə bağlı son hadisələr müzakirə olunub.
Vahan Kostanyan vurğulayıb ki, SSRİ-nin keçmiş üzvü olan dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin sərhədlərini tanıyır.