Xəzər Xəbər

Qazaxıstan martın 1-dən vahid saat qurşağına keçəcək

Dünya | 13:27 • 19 Yanvar 2024
Qazaxıstan martın 1-dən vahid saat qurşağına keçəcək

Qazaxıstanda 2024-cü il martın 1-dən etibarən vahid saat qurşağı tətbiq olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan ərazisində vaxtın hesablanması qaydası haqqında” hökumətin qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, 2024-cü il martın 1-i saat 00:00-dan etibarən bütün ölkə ərazisində vahid saat qurşağından istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Dəyişikliyə əsasən, Astana, Almatı, Çimkənd şəhərlərinin, eləcə də Akmola, Almatı, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan, Abay, Jetısu və Ulıtau vilayətlərinin hakimiyyət orqanları yerli vaxtı bir saat geri çəkməlidir.

Hazırda Qazaxıstanda iki saat qurşağından istifadə olunur: UTC+5 və UTC+6. Qərb rayonları istisna olmaqla, ölkə ərazisinin əksər hissəsi UTC+6 zonasında yerləşir. Ekspertlərin fikrincə, təbii günəş vaxtı ilə uyğun gəlməyən UTC+6 saat qurşağı bioloji ritmlərə və insan sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər həmçinin hesab edirlər ki, vahid saat qurşağına keçid sağlamlıq baxımından faydalı olmaqla yanaşı, respublikanın müxtəlif regionlarının sakinləri arasında vaxt maneələrini aradan qaldıracaq, nəqliyyat və digər kommunikasiyaların koordinasiyasını yaxşılaşdıracaq, həmçinin biznesə müsbət təsir göstərəcək.

Xəbər lenti

Çox oxunanlar