Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden hesab edir ki, Konqresdəki əksəriyyət Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinin təsdiqini dəstəkləyəcək.
“Amerikanın səsi” xəbər yayıb ki, Co Bayden bunu Konqres üzvləri ilə dünənki görüşdən sonra qanunvericilərin ABŞ-dan Ukraynaya maliyyə və hərbi dəstəyi təsdiqləyəcəyinə dair gözləntiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
“Mən inanıram ki, Konqres üzvlərinin əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir”, - deyə Bayden vurğulayıb.
Eyni zamanda, o, müvafiq yardım paketinin təsdiqi üçün səsvermədə uğursuzluq ehtimalından danışıb.
"Məsələ ondadır ki, kiçik bir azlığın ona maneə törətməsi fəlakətli olardı”, - deyə Bayden vurğulayıb.