Xəzər Xəbər

İran və Pakistan son vəziyyəti müzakirə edib

Dünya | 19:22 • 17 Yanvar 2024
İran və Pakistan son vəziyyəti müzakirə edib

İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İran XİN başçısı bildirib ki, Ceyş əl-Ədl kimi tanınan hərəkat iki ölkənin ümumi təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır.

“İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib və bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu İran terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”, - iranlı nazir əlavə edib.

Pakistanın xarici işlər naziri isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib: “İran Pakistana Pakistandakı terror qrupları haqqında məlumat verməlidir".

Nazir vurğulayıb ki, İslamabad Pakistandakı terror qruplaşmalarına qarşı mübarizənin Pakistan qüvvələri tərəfindən aparılacağını gözləyir.

Xəbər lenti