Xəzər Xəbər

Pakistan İrana planlaşdırılan bütün yüksək səviyyəli səfərləri dayandırıb

Dünya | 16:00 • 17 Yanvar 2024
Pakistan İrana planlaşdırılan bütün yüksək səviyyəli səfərləri dayandırıb

İran dünən gecəki hücumun nəticələrinə görə məsuliyyət daşıyır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"İranın ötən gecə hücumu səbəbsiz olub və BMT Nizamnaməsini pozub. Pakistan İranın bu hərəkətinə cavab vermək hüququnda israrlıdır. İranın hücumu heç bir şəkildə əsaslandırılmır. İki ölkə arasında planlaşdırılmış bütün yüksək səviyyəli danışıqları və ikitərəfli səfərləri ləğv etdiyimizi İrana bildirdik", - deyə bəyanatda qeyd olunub.

Xəbər lenti