Pakistan İrandakı səfirini geri çağırıb.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərini atəşə tutması ilə əlaqədar İraq Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Hadisə nəticəsində iki uşaq ölüb, üç qız yaralanıb.