Ukraynaya dəstək NATO-nun təhlükəsizliyinə sərmayədir.
Xezerxeber.az xəbər verir ki, bu fikri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.
Onun sözlərinə görə, Rusiyanın cəbhədə hücum cəhdlərinə baxmayaraq, Ukrayna hələ də həm döyüş meydanında, həm də iqtisadi cəhətdən müəyyən uğurlara malikdir. O, Ukraynanın ərazilərinin azad edilməsində, Qara dənizə taxıl ixracı üçün dəhliz açılmasında və suveren, müstəqil dövlət kimi sağ qalmaqda mühüm nailiyyətlər qazandığını deyib.
“Rusiya müharibə yolu ilə əldə etmək istədiyini itirdi və bu, Ukrayna üzərində nəzarətdir. Ukraynanı dəstəkləmək xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə sərmayədir”, - deyə Stoltenberq bildirib.
O qeyd edib ki, NATO-nun yaxın tərəfdaşları Yaponiya və Cənubi Koreya da Rusiya-Ukrayna müharibəsindən narahatdır, çünki Putinin qələbəsi Pekinin başqa yerlərdə güc tətbiq etməsi ehtimalını artıracaq.