Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib.
Xezerxeber.az xəbər verir ki, Putin bələdiyyə rəhbərləri ilə görüşdə 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin razılığa gəldiyini, bu razılıq əsasında Rusiyanın qoşunlarını Kiyev ətrafından geri çəkdiyini bildirib. O deyib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hətta razılaşmanı imzalamışdı.
Putin qeyd edib ki, indi David Araxamiya Rusiyanın Ukraynanın NATO-ya üzvlükdən imtinası müqabilində döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu, lakin Britaniyanın ovaxtkı baş naziri Boris Consonun təkidi ilə İstanbul razılaşmasından imtina edildiyini deyir.